İran lideri Ayətullah Əli Xameneyi terror təşkilatı İŞİD-in qurulmasının arxa planında Vaşinqton rəhbərliyinin olduğunu, təşkilatla mübarizə adı altında yaradılan koalisyonlara güvənilməməsinin lazım olduğunu irəli sürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paytaxt Tehranda Nigeriya prezidenti Məhəmməd Buxarini qəbul edən Xameneyi ABŞ-ın İraqda birbaşa İŞİD-ə dəstək verdiyini söyləyib. İŞİD-in qurulmasının və dəstəklənməsinin arxasında başlıca ölkə olaraq ABŞ-ın var olduğunu irəli sürən İran lideri "Terror təşkilatlarına qarşı yaradılan beynəlxalq koalisiyalar əsla etibarlı deyil" deyib.
İŞİD və Boko Haram kimi terror təşkilatları ilə mübarizə üçün ABŞ və Qərb ölkələrinin əməkdaşlıq və köməyinə ümid bağlanmasının səhv olacağını müdafiə edən Xameneyi "Qəti olan məlumatlara görə, İraqda ABŞ və bölgənin bəzi mürtəce ölkələri birbaşa İŞİD-i dəstəkləyir" deyə danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB