Əsəddən ABŞ-ı hirsləndirəcək AÇIQLAMA

Suriya prezidenti Əsəd: "Rusiya iki ayda ABŞ-ın 1 ildə edə bilmədiklərini etdi" deyib.
Əsəddən ABŞ-ı hirsləndirəcək AÇIQLAMA

Suriya prezidenti Əsəd Rusiya Silahlı Qüvvələrinin iki ay içərisində Suriyada terrorla mübarizədə ABŞ-ın 1 ildə etdiklərindən daha çox müvəffəqiyyətə çatdığını bildirib. SİA rus xəbər agentliyi Ria Novosti-yə istinadən Əsədin şərhlərini təqdim edir: "Rus Silahlı Qüvvələri Suriyadakı əməliyyatlara qatılmadan əvvəl ABŞ bir ildən çox müddətdir terroristlərə qarşı mübarizə verdi. Bunun nəticəsində terrorçular daha çox torpaq ələ keçirdilər. Rusiyanın iştirakı ilə terror təşkilatları geri çəkilməyə və Suriyadan Türkiyəyə və Avropa ölkələri də olmaq üzrə digər ölkələrə qaçmağa başladılar. "

Əsəd şərhlərində Suriya ordusunun İŞİD-ə bütün cəbhələrdən hücuma başlandığının da anonsunu verib.

Bütün xəbərlər Facebook səhifəmizdə