Antaliyada Paris terrorunun iştirakçısı tutulub

Antaliyada Paris terrorunun iştirakçısı tutulub

Türkiyənin Antalya şəhərində noyabrın 13-də Parisdə baş verən terror hadisəsində iştirak edən şəxs tutulub. SİA xəbər verir ki, bu barədə "milliyyet" nəşri yazır. Tutulan şəxsin "İslam Dövləti" beynəlxalq terror təşkilatının üzvü olduğu bildirilir.

26 yaşında olan Mərakeş əsilli Belçika vətəndaşı Əhməd Damaninin noyabrın 16-dan etibarən Antalyanın Manavqat ərazisində fəaliyyət göstərən 5 ulduzlu oteldə yaşadığı müəyyənləşdirilib. İnformasiyada qeyd olunur ki, Türkiyə xüsusi xidmət orqanları Damanini Antalya aeroportuna düşdüyü zamandan izləməyə başlayıb.

Bundan əlavə qonşu ölkənin xüsusi xidmət orqanları 23 və 29 yaşlı daha iki nəfər şəxsi həbs edib. Onların da Paris terrorunda iştirakı ehtimal olunur. Qeyd olunur ki, həmin iki şəxs Damani ilə görüşüb, onu Türkiyədən Suriyaya gizli yolla keçirməli imişlər. Eyni zamanda, Paris terrorunda vurulacq nöqtələrin məhz Əhməd Damani tərəfindən planlı şəkildə hazırlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə