İsraildə 400 uşaq həbsxanada cəza çəkir

İsraildə 400 uşaq həbsxanada cəza çəkir

İsraildəki həbsxanalarda 11 və 17 yaş arası 6-sı qız olmaqla 400 nəfər fələstinli uşağın cəza çəkdiyi bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fələstin Əsirlər Cəmiyyətinin 20 noyabr Dünya Uşaq Hüquqları Günü münasibətilə verdiyi yazılı açıqlamada İsrail həbsxanalarında 400 fələstinli uşağın cəza çəkdi bildirilib.

Qurumun verdiyi məlumata görə, bu il ərzində yüzlərlə uşaq həbs olunarkən bəzilərinə də həbs olunan zaman atəş açılıb və xəsarət alan uşaqlar İsraildə xəstəxanalara yerləşdirilib.

Yazılı açıqlamada vurğulanıb ki, uşaq hüquqlarını qoruyan bütün beynəlxalq qurumlar İsrailə qarşı kəskin bir mövqe nümayiş etdirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə