Aparılan hesablamalar nəticəsində demək olar ki, 2043-cü ildə ABŞ əhalisinin 50 faizdən çoxunu milli azlıqlar təşkil edəcək. Xüsusən ispan əsilli vətəndaşlar arasında doğum nisbəti artarkən, Asiya, Afrika əsilli və "ağ" irqə mənsub əhalidə bu göstərici əhəmiyyətli dərəcədə azalacaq.
"Assoşieyted Press" informasiya agentliyi xəbər verir ki, bu sözləri araşdırmanı təşkil edən "Census Bureau"nun direktor Con Tompson deyib.
C.Tompson əlavə edib ki, hava limanı, təhsil müəssisələri kimi bir çox yerlərdə doldurulan ərizə formalarına irqi və milli mənsubiyyət kateqoriyaları əlavə ediləcək. Bunun nəticəsində əvvəllər "ağ" irq hesab olunan bəzi latın amerikalılar, ərəblər və yaxın Şərqdəki digər millətlər indi öz milli mənsubiyyətlərini daha dəqiq ifadə edə biləcəklər. Bu da öz növbəsində ABŞ-da "ağ" irqə mənsub əhalinin statistik göstəricilər üzrə azalmasına öz təsirini göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB