Obamadan sərt qərar Əsəd getməlidir!

Obamadan sərt qərar Əsəd getməlidir!

ABŞ prezidenti Barak Obama Suriyadakı problemlərin həll olunması üçün dövlət başçısı Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu bəyan edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Obama bu sözləri Filippinin paytaxtı Malinada keçirilən zirvə toplantısı zamanı İŞİD-lə mübarizə mövzusunda danışarkən deyib.

Prezident bildirib ki, əgər Suriyada siyasi bərabərlik yaransa bu zaman İŞİD-ə qarşı mübarizə aparmaq daha asan olar: "Bu siyasi bərabərlik yalnız Bəşər Əsəd hakimiyyətdən gedəndən sonra baş tuta bilər. Nə qədər ki Əsəd hakimiyyətdədir Suriyada baş verən vətəndaş müharibəsinin həll olunacağına inanmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə