Qadın sərnişinin pilot kabinəsinə girmək cəhdi təşviş yaradıb

Qadın sərnişinin pilot kabinəsinə girmək cəhdi təşviş yaradıb

Londonun Hitrou hava limanından Bostona uçan "British Airways"ə məxsus təyyarədə pilot kabinəsinə daxil olmaq istəyən qadın sərnişinlər arasında təşviş yaradıb. İngiltərənin express.co.uk saytı xəbər verir ki, qadın kabinəyə daxil olmaq üçün qapını qırmağa çalışsa da, təyyarənin heyət üzvü bunun qarşısını ala bilib.

Təxminən 30 yaşlı qadının hərəkətləri sərnişinlərə terror kimi görünüb. Təyyarə Bostonda yerə endikdən sonra polislər tərəfindən aparılan araşdırma onun terrorçu olmadığını müəyyənləşdirib. Qadın dindirilmək üçün polis bölməsinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə