Çində torpaq sürüşməsi 16 nəfər öldü

Çində torpaq sürüşməsi 16 nəfər öldü

Çinin Cıcian əyalətindəki Lidon kəndində torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb. Yerli KİV-lərin məlumatına görə, 21 nəfərin dağıntılar altında qaldığı güman olunur. Bölgədə son iki gündə yağan güclü yağışlardan sonra yaranan sürüşmə nəticəsində iri daş parçaları və palçıq kütləsindən ibarət axın 27 evi dağıdıb. Hazırda 2300-dən çox xilasedici kənddə axtarış işlərini davam etdirir. Hələlik dağıntılar altından yalniz bir nəfər sağ çıxarılıb. Hadisədən sonra kənddən təxminən 300 nəfər evakuasiya edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə