İtaliyanın Baş naziri Matteo Renzi noyabrın 13-də Parisdə törədilmiş terror aktlarına münasibət bildirərək, bu hücumun təkcə Fransaya deyil, bütün insanlığa qarşı yönəldiyini bildirib. Bütün siyasi qüvvələri birləşməyə çağıran M.Renzi deyib: "Terrorçular qalib gələ bilməyəcəklər. Azadlıq barbarlıqdan güclüdür".
İtaliyanın rəsmi dairələri Paris hadisələri ilə bağlı ölkədə təhlükəsizliyin ikinci səviyyəyə qaldırılması, sərhədboyu ərazilərdə nəzarətin gücləndirilməsi, Romada mühafizənin artırılması məqsədilə 700 əsgərin cəlb olunması ilə bağlı qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB