Yaponiyanın Baş naziri Şinzo Abe 13-14 noyabr tarixlərində Türkiyəyə səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şinzo Abeni Türkiyəyə ölkənin baş naziri Əhməd Davudoğlu dəvət edib.
Noyabrın 14-də Türkiyədə baş tutacaq Xarici İqtisadi Əlaqələr Şurasının iclasına baş nazir Davudoğlu Yaponiyanın Baş naziri Şinzo Abe ilə birgə qatılacaq.
Tərəflər Yaponiyanın Xarici Ticarət Təşkilatı tərəfindən təşkil olunacaq Yaponiya-Türkiyə iş forumunda da iştirak edəcək.
İclasda iki ölkə arasındakı əməkdaşlıq imkanları müzakirə olunacaq və regional məsələlər üzrə fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB