Rusiya artıq böhranla barışıb

Rusiya artıq böhranla barışıb

Rusiyanın Baş naziri Dmitri Medvedev 2016-cı ildə maliyyə vəziyyətinin pisləşəcəyi təqdirdə bununla bağlı böhran planı hazırlayacaqlarını bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Medvedev mövcud iqtisadi vəziyyətin eyni tempdə davam edəcəyi halda gələn il üçün fövqəladə struktur dəyişikliyi edəcəklərini söyləyib.

"Rossisykaya Qazeta"nın verdiyi məlumatda qeyd edilib ki, Medvedev Rusiyaya tətbiq edilən sanksiyaların ağırlığından və neft qiymətlərinin qeyri-sabitliyindən danışaraq bu problemlərin müəyyən dərəcədə Rusiyaya yaratdığı çətinliklərdən danışıb. O bildirib ki, Rusiya ən pis ehtimalı belə nəzərə almalıdır və bunun üçün müəyyən plan hazırlamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə