Filippində 5,7 bal gücündə zəlzələ olub

Filippində 5,7 bal gücündə zəlzələ olub

Filippin arxipelaqının qərb sahilində 5,7 bal gücündə zəlzələ baş verib. RİA Novosti agentliyi xəbər verir ki, yeraltı təkanların episentri Binabalian Rikor yaşayış məntəqəsindən 3 kilometr şimalda, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, Filippində 2013-cü ilin oktyabrında 7,2 bal gücündə zəlzələ olmuşdu. Hadisə zamanı minlərlə adam yaralanmış, 220-dən çox filippinli isə dünyasını dəyişmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə