Miqrant axının çox olduğu ölkələrdən biri - Yunanıstanın bəzi adalarında həlak olan miqrantları basdırmağa yer tapılmır. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Yunanıstanın Midili adasında vətəndaşların və dövlət orqanlarının apardığı səylərə baxmayaraq miqrantların bir çoxu həyatını itirib.
Ölən şəxslər adsız olaraq dəfn edilir. Ölənlərin sayı çox olduğundan artıq adalarda dəfn ediləcək yer qalmadığı bildirilir. Midili adasında 55, Sisam adasında isə 30 cəsəd hələ də dəfn olunmayıb.
Səlahiyyətli şəxslər məsələ qarşısında çarəsiz qaldıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB