Yük gəmisi “Bermud üçbucağı”nda yoxa çıxmışdı
Baham adaları rayonunda bir ay bundan əvvəl yoxa çıxan ABŞ-ın "El-Faro" yük gəmisinin suyun 4600 metr dərinliyində tapıldığı ehtimal olunur. Euronews telekanalı xəbər verir ki, ABŞ Hərbi Dəniz Donanmasının nümayəndələri sualtı kəşfiyyat missiyasının nəticələrinə əsasən bu informasiyanı dəqiqləşdirməlidir.
Xatırladaq ki, uzunluğu 241 metr olan yük gəmisi oktyabrın 1-də qasırğa zamanı radarlardan itib. Gəminin göyərtəsində 33 heyət üzvü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB