ABŞ Konqresi prezident Barak Obamaya noyabrın 1-i Türkiyədə keçiriləcək seçkilərlə bağlı xəbərdarlıq göndərib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumatına görə, Konqresin 65 üzvü Obamaya Türkiyədə keçiriləcək seçkilərlə bağlı məktub yazıb.
Məktubda Barak Obamaya müraciət edən üzvlər Türkiyədə azad, açıq və ədalətli bir seçkinin keçirilməsi üçün prezidentdən dəstək tələb ediblər. Məktubda 7 iyunda baş tutan seçkilərin uğursuz olduğu və Türkiyənin yenidən seçkilərə gedəcəyi də vurğulanaraq ölkədə mətbuatın da müəyyən təzyiqlərə məruz qaldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB