Rusiyanın Müdafiə Nazirliyi ölkənin hava qüvvələrinin Suriyada son 3 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı terrorçulara məxsus 285 hərbi mövqenin vurulduğunu açıqlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumatına görə, Rusiya reaktivləri Əl Nüsra və İŞİD-ə məxsus 285 hərbi mövqeni məhv edib.
Nazirliyin sözcüsü İqor Konaşenkov bildirib ki, Rusiya reaktivləri son 3 gün ərzində 164 manevr həyata keçirib.
Onun sözlərinə görə, Rusiya hərbi hava qüvvələri son 24 saat ərzində Suriyanın İdlib, Hama, Ləzkiyə, Hələb və Deyr əz Zar şəhərlərində 94 terrorçu mövqeyini məhv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB