İraqdan İŞİD-ə böyük zərbə 11-i komandir 75 ölü

İraqdan İŞİD-ə böyük zərbə 11-i komandir 75 ölü

İraqın Ənbar şəhərində yerləşən İŞİD mövqelərinə hücum edilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumatına görə, hücum zamanı 11 komandir və 64 İŞİD əsgəri öldürülüb.

İraqın Müdafiə Nazirliyi bununla bağlı mətbuata yazılı açıqlama verib.

Verilən açıqlamada bildirilib ki, İŞİD-in 3 hərbi vasitə ilə Ənbar vilayətinin Rava mahalına girdiyi və dağıntılar törətdiyi ilə bağlı Müdafiə Nazirliyinə məlumat daxil olub. Bu zaman əldə edilmiş koordinasiyalara görə şəhərin 3 müxtəlif nöqtəsinə raket hücumu təşkil edilib. Bu hücumda 7 komandir və 47 İŞİD əsgəri öldürülüb.

Ramadi vilayətinin Əl-Qaim mahalında isə təşkilata məxsus silah anbara hücum edilib. Hücum zamanı 4 komandir və 18 İŞİD əsgəri öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə