Rusiyanın hava qüvvələri Suriyanın Hələb, İdlib, Lazkiyə və Hama şəhərlərin yerləşən 40 İŞİD mövqeyi vurub. SİA-nın Rusiyanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə nazirinin sözcüsü İqor Konaşenkov son əməliyyatlarla bağlı mətbuat konfransı keçirdərək bu barədə məlumat verib.
Belə ki, dünəndən bu günə Rusiya Hərbi Qüvvələri bölgədə SU-34, SU-24M və SU-25SM reaktivləri ilə kəşfiyyat aparılıb. Nəticədə Suriyanın Hələb, İdlib, Lazkiyə, Hama və Deyr əz Zor şəhərlərində 40 İŞİD mövqeyi vurulub.
Verilən məlumata əsasən Hələbin şimalında yerləşən Hraytan vilayətində bir yanacaq anbarı da partladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB