Qaçqınların sayı rekorda çatdı

Avropaya gələn miqrantların sayı rekord həddə çatıb
Qaçqınların sayı rekorda çatdı

Avropaya rekord sayda miqrant gəlib. Avropaya daxil olan miqrantlar sayına görə, rekord həddi aşıb. Təkcə Serbiyaya Yuqaslaviya Respublikasından 3200 qaçqın gəlib. Bunu görən Macarıstan sərhəddi polis və itlərlə gücləndirmək niyyətindədir.

Miqrantların yerləşdiyi azad zona hesab olunan Şengen ərazisi ilə sərhəd olan bəzi ölkələr aralarında üç metr hündürlüyündə sədlər çəkirlər. Macarıstanın baş naziri Viktor Orban miqrantlarla bağlı açıqlamasında bildirib ki, onlar Avropanın təhlükəsizlik, rifah və insanları üçün təhlükə yaradırlar.

Bu il başlayandan indiyənədək Macarıstana 140 min miqrant keçıb. Hələ bəzilərinin sayı siyahıya düşməyib. Qaçqınlarının çoxunun Suriya, Əfqanıstan və Pakistandan da gəldiyi deyilir.

Onlardan çoxu Almaniya və İsveçrəyə keçmək niyyətindədirlər. Almaniya ilin sonudək 800 min qaçqının gələcəyindən əmindir.

Bütün xəbərlər Facebook səhifəmizdə