Müdafiə naziri vəzifəsindən azad edildi

Müdafiə naziri vəzifəsindən azad edildi

Qırğızıstan prezidenti Almazbek Atambayev müdafiə naziri Abibilla Kudayberdiyevi vəzifəsindən azad edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o, korrupsiyada şübhəli bilinir.

Belə ki, Antikorrupsiya Xidməti ilə Hərbi Prokurorluq tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində büdcə vəsaitlərinin qeyri-qanuni şəkildə istifadə edilməsini müəyyənləşdirən faktlar aşkar edilib.

Prezidentin fərmanı ilə A. Kudayberdıyev vəzifəsindən uzaqlaşdırılıb.

Hazırda istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə