İrandan Türkiyəyə təbii qazla bağlı TƏKLİF

İrandan Türkiyəyə təbii qazla bağlı TƏKLİF

Rusiyanın təbii qazla bağlı Türkiyəyə verdiyi cavabdan sonra İranın Milli Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani Türkiyə üçün təbii qazla bağlı yeni təklif irəli sürüb. SİA-nın verdiyi məlumata görə, Ramazani bildirib ki, əgər Türkiyə İrandan daha çox təbii qaz alsa, bu zaman İran da qiymətlərdə müəyyən endirimlər edə biləcək.

Türkiyə ilə İran arasında təbii qazın qiymətləri ilə bağlı müzakirələr hələ də davam edir. İki ölkənin nümayəndələri qiymətlərlə bağlı yaranan problemləri aradan qaldırmaq üçün görüşlərini davam etdirir.

Qeyd edək ki, 1996-cı ildə Türkiyə İrandan təbii qaz almaq məqsədilə 25 illik müqavilə imzalamışdı. Lakin Türkiyə İranın satdığı təbii qazın baha olduğunu bildirərək ondan 25 faizlik endirim tələb etmişdi. Bununla bağlı Türkiyə İranı Beynəlxalq Məhkəməyə də vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə