Putin və Obama arasında tarixi görüş

"Heç bir ehtimal istisna deyil”
Putin və Obama arasında tarixi görüş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 70-ci toplantısında iştirak etmək üçün Nyu-Yorkda olan Rusiya prezidenti Vladimir Putin iki illik aradan sonra ABŞ prezidenti Barak Obama ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdən sonra Rusiya dövlət başçısı jurnalistlərə açıqlamalar verib. Putin rus qırıcılarının İŞİD-ə qarşı əməliyyatlara qatılıb-qatılmayacağı haqda suala "Heç bir ehtimal istisna deyil", deyə cavab verib.

Rusiya prezidenti terrora qarşı daha geniş işbirliyinə ehtiyac olduğunu qeyd edib. O, Türkiyə də daxil olmaqla bəzi ölkələrin bu koalisiyada yer almasını təklif edib. Rusiya lideri müharibə regionlarında olan ölkələrə terrorçulara qarşı mübarizədə dəstək olmaq üçün daha nələr dilə biləcəkləri haqda düşündüklərini bildirib.

Putin ölkəsinin Suriyaya hər həmləsinin beynəlxalq hüquq çərçivəsində olacağını deyib və gələcəkdə terrora qarşı yaradılacaq koalisiyaya Türkiyə, Səudiyyə Ərəbistanı, İran və İordaniyanın da qoşula biləcəyini qeyd edib.

Saat yarım keçən görüşün ardından adının açıqlanmasını istəməyən "Ağ Ev" rəsmisi bildirib ki, əsas müzakirə mövzusu Bəşər Əsədin Suriyadakı daxili qarşıdurmanın sakitləşdirilməsində nə kimi rol oynayacağı olub. O, Rusiyanın Əsədi radikallara qarşı bir sipər kimi gördüyünü, ABŞ-ın isə Əsəd hakimiyyətinin davam etməsinin çatışmanı daha da alovlandırcağını düşündüyünü bildirib.

"Ağ Ev" rəsmisi hər iki liderin qarşıdurma ehtimalını azaltmaq və bölgədə aralarında çatışmaların olmaması üçün ordularının qarşılıqlı münasibətdə olmalarına qərar verdiklərini vurğulayıb.

İki dövlət başçısının Suriyanı əla almaq üçün gerçəkləşdirdikləri tarixi görüşdən öncə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Obama və Putin arasında üstüörtülü bir söz atışması olub. Suriyadakı mövcud duruma görə bir-birini günüahlandıran liderlər, məsələnin həlli üçün birlikdə işləməli olduqları haqda mesaj veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə