Bu gün Moldovanın paytaxtı Kişinyovda hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçiriləcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, mitinq parlement binasının qarşısındaki meydanda təşkil olunacaq. DA vətəndaş platforması ("Demnitate si adevar" - "Ləyaqət və ədalət") tərəfindən təşkil olunan aksiyada 50 min insanın iştirakı gözlənilir. Etirazçıların hakimiyyətə qarşı irəli sürdükləri tələblər arasında prezidentin, hökumət və baş prokurorun istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiya ilə mübarizə yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB