Rusiya, Suriya, İran və İraq İŞİD terror təşkilatına qarşı Bağdadda müştərək məlumat mərkəzi qurub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda Rusiyanın hərbi hissələrindən olan gizli mənbə məlumat verib.
Onun sözlərinə görə, yaradılacaq komitə Rusiya, Suriya, İran və İraqın birgə idarəçiliyində fəaliyyət göstərəcək. Beləliklə İŞİD-ə qarşı mübarizədə yaradılan əməliyyatlar planları 4 dövlətin hərbi qüvvələrinin müştərək qərarı əsasında həyata keçiriləcək.
Sazişə əsasən mərkəz 3 ay boyunca İraq hərbi qüvvələri tərəfindən idarə ediləcək. Növbəti 3 ay ərzində isə idarəçilik digər ittifaq üzvü dövlətin hərbi qüvvələrinə keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB