Avropa Ukraynanı Rusiya qazı ilə təmin edəcək

Avropa Ukraynanı Rusiya qazı ilə təmin edəcək

Rusiya yeni qaz tədarükü ilə bağlı Ukrayna və Avropa Birliyi ilə razılaşdı. SİA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, rəsmi Kiyev razılaşma əsasında Rusiyadan 20 dollar həcmində endirim əldə edəcək.

Məlumata əsasən, Avropa razılaşma əsasında Ukraynaya 500 milyon dollar həcmində maliyyə yardımı edəcək. Saziş üzrə Ukraynaya 2 milyard kubmetr qazın verilməsi nəzərdə tutulub.

"Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, bu saziş problemləri həll edə bilməyəcək və Ukrayna ərazisindəki tranzit təhlükəsi dəyişməz olaraq qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə