PKK-nın Türkiyənin Şırnak vilayətində təşkil etdiyi hücum nəticəsində həlak olan vətəndaşların sayının artığı bildirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 2 nəfər əsgər, 4 nəfər mülki ölkə vətəndaş həlak olub.
PKK terrorçularının dünən gecə və bu gün səhər saatlarında Şırnakda həyata keçirdiyi hücumların nəticəsində 11 nəfər polis, 8 nəfər əsgər və 4 nəfər mülki ölkə vətəndaşının yaralandığı bildirilib.
Yaralanan vətəndaşlar Uludərə Dövlət Xəstəxanasına yerləşdirilib. Lakin bütün səylərə baxmayaraq yaralıları xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hücum nəticəsində 32 nəfər PKK terrorçusu öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB