Macarıstanın Baş naziri Viktor Orban miqrasiya böhranında Berlinin fəaliyyəti ilə əlaqədar Almaniya hökumətini mənəvi imperializmdə ittiham edib. O, bu barədə fikirlərini Bavariyada Xristian Sosialist İttifaqı fraksiyasının nümayəndələri ilə əyalət parlamentində keçirdiyi görüşdə bildirib. Almaniyanın "dpa" agentliyi Orbandan sitat gətirərək yazır: "Almaniyanın hansı qərarları qəbul edəcəyi vacib deyil, istənilən halda bu qərarlar ona aid olmalıdır". O, eyni zamanda, vurğulayıb ki, kansler Angela Merkelə böyük hörmətlə yanaşır və Almaniyanın daxili siyasətinə qarışmaq niyyətində deyil.
V.Orban Avropa İttifaqı Sammitində qaçqınlar probleminin həllinə yönəlmiş altı maddədən ibarət plan təklif etmək niyyətindədir. Məsələn, bu planda üç milyard avro həcmində xüsusi fondun yaradılması nəzərdə tutulur. Maddələrdən birində isə Yunanıstana Aİ ölkələri ilə birlikdə sərhəddə nəzarətin təşkil edilməsi təklif olunur. "Macarıstan bu missiyada iştirak etməyə hazırdır", - deyə V.Orban bildirib. O, həmçinin vətəndaş müharibəsindən qaçaraq Şengen ölkələrinə gələnləri və öz ölkəsini iqtisadi səbəblərdən tərk edənləri ayırmağı təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB