Narkotik bitki olan marixuana Almaniyada leqal olmasa da, son illər yeniyetmə və gənclər arasında populyarlıq qazanıb. Almaniyanın "N24" xəbər telekanalı xəbər verir ki, belə bir statistik araşdırma Tibbi Maarifləndirici Federal Mərkəz tərəfindən aparılıb. Mərkəzin hesablamasına görə, son 6 ildə xüsusən də gənc nəsil arasında marixuana çəkənlərin sayında 53 faiz artım qeydə alınıb. Müəyyən olunub ki, 12 ay ərzində yaşı 18-dən 25-dək olan gənclərin 17,7 faizi ən azı bir dəfə bu narkotik vasitədən istifadə ediblər. Halbuki 2008-ci ildə bu rəqəm 11,6 faiz təşkil edib.
Kritik vəziyyət artıq Narkotiklə Mübarizə üzrə Federal Komissarlığı da narahat etməyə başlayıb. Qurum marixuananın son dərəcə ziyanlı olması və mənfi fəsadlara yol açması barədə yeniyetmə və gənclərə xəbərdarlıq edib. Komissarlıq bütün məsuliyyəti həmin narkotik vasitənin ölkədə leqallaşmasına tərəfdar olanların üzərinə qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB