HDP-li deputatlar istefa verdi

Xalqların Demokratik Partiyası (HDP) nümayəndəsi olan iki deputat istefa verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Əhməd Davudoğlu HDP-dən seçilmiş millət vəkilləri Müslüm Doğan və Heydər Qönçənin yeni qurulmuş hökumətdən istefa ərizələrini qəbul edib.

Davudoğlu bildirib ki, bu qərar onların öz qərarıdır. Müslüm Doğan və Heydər Qönçə istefa qərarlarını mətbuat konfransım vasitəsilə rəsmi şəkildə bəyan edəcəklər.

Məsələ ilə HDP-dən açıqlama verilib: "İstefa vermiş Kocaeli üzrə millət vəkilimiz Əli Heydər Qönçə və İzmir üzrə millət vəkili Müslüm Doğan saat 16:30 radələrində (yerli vaxtla) mətbuat konfransı keçirəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə