Çili tarixində ən iri tətil başladı

Çilidə mülki aviasiya işçilərinin 24 saatlıq tətili başlayıb
Çili tarixində ən iri tətil başladı

Sentyabrın 16-da Çilinin mülki aviasiya xidmətinin işçiləri 24 saatlıq tətilə başlayıb. Bu, Çili tarixində ən miqyaslı tətilidir. Çili hökumətinin mətbuat katibi Marselo Diaz tətillə əlaqədar artıq 324 aviareysin ləğv olunduğunu bildirib.

Tətildə dispeçerlər, yerüstü xidmət əməkdaşları və hava limanının digər işçiləri iştirak edirlər. Bu səbəbdən 50 minə yaxın sərnişin öz planlarını dəyişməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə