Yunanıstan sahillərində faciə: 34 ölü

Farmakonisi adası yaxınlığında batan qayığda 100-ə yaxın miqrant olub
Yunanıstan sahillərində faciə:  34 ölü

Egey dənizində içərisində miqrantlar olan qəminin batması nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb. Farmakonisi adası yaxınlığında baş verən hadisə zamanı ölənlərin 15-i uşaq olub. Xilasedicilər sudan 4 körpə, 6 oğlan və 5 qız uşağı, həmçinin 10 qadın və 9 kişi cəsədi çıxarıblar.

2015-ci ilin əvvəlindən Avropa İttifaqı ərazisinə 500 min miqrant daxil olub. Avropa Komissarlığının rəyinə görə hazırda müşahidə olunan miqrant krizisi İkinci dünya müharibəsi zamanından dünyada qeydə alınan krizisdir.

Miqrasiya üzrə Beynəlxalq təşkilatın məlumatına görə Aralıq dənizi vasitəsi ilə Avropa gələn miqrantların sayı 350 mini keçib. Onlar daha çox Yunanıstan, İtaliya, İspaniya, və Maltada məskan salırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə