İŞİD vuruldu Son Dəqiqə

Türkiyənin Kilis vilayəti ilə sərhəddə yerləşən İŞİD hədəfləri vurulub. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, İŞİD-ə qarşı yaradılmış ittifaq ölkələrinin hərbi hava qüvvələri Kilisin sərhədində yerləşən İŞİD hədəflərini vurub.

Hadisə səhər saatlarında Suriyanın Bab və Rai bölgələrində baş verib. Hərbi əməliyyatlar Türkiyədən 10 km uzaqlıqda aparılıb.

Bombanın partlaması nəticəsində çıxan səs Kilisdə yaşayan əhalini narahat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə