Avropa Birliyi Rusiya vətəndaşlarına tətbiq edilən fərdi sanksiyaların müddətini artırıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Birliyinin Daimi Nümayəndələr Komitəsinin Rusiya vətəndaşlarına Ukrayna böhranı ilə bağlı tətbiq edilən fərdi sanksiyaların müddətinin uzadılması ilə bağlı qərarı Avropa Birliyi tərəfindən təsdiq edilib.
Şuranın bu gün qəbul etdiyi qərara görə Rusiya vətəndaşlarına tətbiq edilmiş fərdi sanksiyalar 2016-cı ilin mart ayına qədər davam edəcək.
Qeyd edək ki, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda günahlandırılan Rusiyaya 2014-cü ilin mart ayında fərdi sanksiya tətbiq edilmişdi. Daha öncə də sanksiyanın müddəti 2015-ci il sentyabr ayına qədər uzadılmışdı. Hazırda sanksiya tətbiq edilmiş şəxslər siyahısında 150 nəfərin adı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB