Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ İŞİD-in yerləşdiyi əsas mövqeləri bildiyi halda onların heç birini vurmur. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın "Birinci" kanalına müsahibə verən Lavrov İŞİD-ə qarşı yaranmış ittifaqı məsuliyyətlərini həyata keçirməməkdə tənqid edib: "Ya ABŞ bu ittifaqı heç düşünmədən qurub, ya da bu ittifaqdan qoyulan hədəflərdən kənarda istifadə edir".
Lavrov bildirib ki, ittifaqdakı ölkələrin hamısı İŞİD-ə qarşı aparılan hava əməliyyatlarında eyni bir istiqamətdə hərəkət edir: "Bu ölkələrin İŞİD-dən başqa hədəflərinin də olduğu ortaya çıxır. Heç bir əməkdaşımızı zənn altında qoymaq istəmirik, lakin həmin ittifaq ölkələri İŞİD-in harada yerləşdiyini bildikləri halda onların mövqelərinə vurmaq istəmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB