Hazırda 20-dən çox insan itkin düşmüş hesab olunur
Yaponiyada daşqın:  5 ölü

Yaponiyada daşqınlar nəticəsində 5 nəfər həyatını itirib. Hazırda 20-dən çox insan itkin düşmüş hesab olunur.

Ötən cümə axşamı leysan yağışları səbəbindən İbaraki perfekturasından keçən Kinuqava çayında suyun səviyyəsi qalxıb və Dzyoso şəhərini su basıb. Şəhərdə 11 mindən çox ev su altında qalıb.

Hazırda axtarış-xilasetmə işlərinə təqribən 1800 nəfər cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə