Bu gün Rusiyada vahid səsvermə günüdür

Bu gün Rusiyada vahid səsvermə günüdür

Sentaybrın 13-də Rusiya Federasiyasında vahid səsvermə günü keçirilir. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sentyabrın 13-də Rusiyanın 83 subyektində 10,7 mindən çox seçki, yerli referendum və səsvermə keçiriləcək. Səsvermə siyahılarına 59 milyondan çox seçici daxil edilib. Səsvermə 37,5 mindən artıq seçki məntəqəsindən keçiriləcək.

Rusiyanın 21 regionunda seçicilər federasiya subyektinin başçısını, 11 subyektdə isə regional qanunvericilik orqanını seçirlər.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu gün yalnız Şimali Osetiya və Kabarda-Balkar respublikalarında səsvermə keçirilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə