"Ford Motorun" Braziliyada olan "Sao Bernardo do Campo" servisində çalışan 4300 işçi tətilə başladıqlarını bildirib. "Dunya.com" saytına istinadla xəbər verir ki, işçilərin mütəşəkkil şəkildə verdiyi tətil qərarının səbəbi 200 nəfərin işdən çıxarılması olub.
Braziliya avtomobil sektoru son 20 ilin ən ağır böhranını yaşayır. Bu ilin ilk 8 ayında avtomobil satışları 20 faiz və yüngül yük maşını satışları 45 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB