Film kimi cinayət VİDEO

Los-Anceles polisi restoranlardan birində ən azı 6 nəfəri girov götürən şəxsi güllələyib. SİA-nın "NBC News"a istinadən verdiyi məlumata görə, ilkin ehtimallara əsasən cinayətkar Los-Anceles dairəsində yerləşən Dauni şəhərində minik avtomobilini oğurlayıb. Polis onu təqib etməyə başlayıb. 45 dəqiqə davam edən təqib zamanı cinayətkar sürət avtomobili ilə saata 120 kilometr sürətlə hərəkət edib və az qala velosipedlə hərəkət edən şəxsi vuracaqmış.

Təqib zamanı cinayətkar maşına ciddi ziyan vurub və yolda digər maşını saxlayıb. O, həmin maşının sürücüsünü hədələyərək onun avtomobilini əlindən alıb və hərəkəti davam etdirib.

Onun idarə etdiyi avtomobil polis maşını ilə toqquşduqdan sonra yerli vaxtla 19:45 (Bakı vaxtı ilə 07:45) cinayətkar `Chris` and Pitt`s` adlı restorana daxil olaraq oradakı insanları girov götürüb.

Cinayətkarla aparılan danışıqlardan sonra restoranı üç nəfər tərk edib. Onların girov olub-olmaması barədə məlumat verilmir.
Daha sonra polis açıqlamasında cinayətkarın öldürüldüyünü bəyan edib. Girovların arasında xəsarət alanların olub-olmaması haqqında məlumat yoxdur. Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə