İngiltərənin xarici işlər naziri Filip Hammond Rusiya və İranın Əsəd üstündəki təsirindən istifadə etməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hammond bildirib ki, əgər Rusiya və İran Şama bircə dəfə telefon zəngi etsə, vəziyyətin bütün gələcəyini dəyişə bilər.
İngiltərə parlamentində çıxış edən Xarici İşlər nazirinin sözlərinə görə, əgər Əsəd bir müddətlik belə olsa vəziyyətlə bağlı məntiqli bir həll yolu tapsa, bunu müzakirə etməyə hazırıq.
Filip Hammond sonda bildirib ki, beynəlxalq cəmiyyət Əsəd kimi cinayət işləmiş birinin rəhbərlikdə olmasını istəməz və elə məhz buna görə də, Əsədin Suriyanın gələcəyində yeri yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB