Yaponiyada ağıllı “təcili yardım” maşınları

Yaponiyada ağıllı “təcili yardım” maşınları

Yaponiyada sinxron tərcüməçiləri əvəz edəcək qurğu hazırlanır. "TASS" xəbər verir ki, bu qurğunu "təcili yardım" maşınlarında quraşdırmaq nəzərdə tutulur. İdeyaya görə, tələffüz edilən cümlələrin lazım olan dilə tərcüməsi dərhal "tərcüməçi" ekranda əks olunmalıdır. Qurğu əvvəlcə yapon və ingilis dilləri, daha sonra Çin, Koreya, fransız və ispan dilləri ilə işləyəcək.

Təcili yardım həkimi bu qurğu sayəsində pasiyenti sorğu-sual edib, xəstəliyin əlamətləri barədə məlumat əldə edə bilər. Həkimlə xəstənin dialoqunu maksimum sadələşdirmək üçün proqramda tibbi mövzulara üstünlük veriləcək.

Son vaxtlar Yaponiyada əcnəbi turistlərin sayı əvvəlkinə nisbətən xeyli çoxalıb. Təkcə bu il Gündoğar ölkəyə 10 milyondan çox adam gəlib.

Onların çoxu yapon dilini bilmir və xəstəxanaya yerləşdirilmək məcburiyyəti yarananda həkimlərlə ünsiyyətdə problemlərlə üzləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə