İngiltərə Suriyada hərbi əməliyyata start verdi

İngiltərə Suriyada hərbi əməliyyata start verdi

İngiltərə Kraliçası II Elizabetə sui-qəsd planı hazırlayan 2 İŞİD terrorçusu öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İngiltərə bu addımı atmaqla ilk dəfə olaraq Suriyada hərbi əməliyyat aparıb.

İmmiqrant böhranı ilə bağlı tənqidlərə məruz qalan İngiltərənin Baş naziri Devid Kameron gözlənilmədən Suriya ərazisinə müdaxilə etdiyinə görə də tənqid atəşinə tutulub.

İngiltərə Kraliçası II Elizabetə sui-qəsd planlaşdırdıqları iddia edilən ingiltərəli 2 İŞİD terrorçusu təşkilatın qalası hesab edilən Rakkada İngiltərənin hava qüvvələri vasitəsilə öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə