Obama məsuliyyətə cəlb edildi

ABŞ-ın keçmiş prezident köməkçisi Dik Çeney Avropada cərəyan edən immiqrant probleminə görə Obamanın məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə bütün bu hadisələr Obamanın apardığı səhv siyasət nəticəsində baş verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bir vaxtlar Corc Buşun köməkçisi olan Dik Çeney "Fox News"a müsahibə verərkən Avropada cərəyan edən immiqrant probleminə toxunub. Çeneyə görə, Avropada yaranmış immiqrant böhranı Obamanın apardığı səhv siyasətin nəticəsidir.

Onun sözlərinə görə, Obama İraqda İŞİD kimi terrorçu bir qrupun yaranmasına imkan verdi və bununla da həmin təşkilat insanları qətlə yetirərək digər bölgələrə yaydı. Əgər, Obama Amerika əsgərlərini İraqda yerləşdirmək üçün rəsmi Bağdadla razılaşma əldə edə bilsəydi, bunların heç biri olmayacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə