Merkel: “Kameron parazitdir, hamı ona nifrət edir”

Merkel: “Kameron parazitdir, hamı ona nifrət edir”

Almaniyanın Baş naziri Ancela Merkel İngiltərənin Baş naziri Devid Kameron ilə görüşü zamanı onu təhqir edib. Görüş zamanı Merkel Kamerona hamımız sizə nifrət edirik deyib. SİA-nın "Daily Mail" qəzetinə istinadən verdiyi xəbərə görə, Antoni Seldon İngiltərənin Baş naziri Devid Kameronun ilk 5 illik fəaliyyətinə həsr olunmuş kitabında maraqlı faktlar ortaya atıb.

İddialara görə, Merkel ilə Kameron arasındakı mübahisə 2012-cı ildə baş tutmuş görüş zamanı yaranıb. Kameron Merkeli Avropa Birliyindən çıxartmaqla təhdid edib. Bu zaman Merkel Kameronu parazit adlandırıb və hamının ona nifrət etdiyini bildirib. Merkel hamı deməklə digər Avropa Birliyi dövlətlərini nəzərdə tutub.

Sentyabrın 10-da satışa çıxarılacaq kitabda İngiltərənin keçmiş baş naziri Toni Bleyr haqqında da maraqlı faktlar ortaya atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə