Arzu Nağıyev: "Kral Obamadan zəmanət almaq istəyir” AÇIQLAMA

Arzu Nağıyev: "Kral Obamadan zəmanət almaq istəyir” AÇIQLAMA

"İranla bağlı bir sıra sanksiyaların aradan götürülməsi Səudiyyə Ərəbistanı narahat edir. Bu, eyni zamanda neft sektoruna da aiddir". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Arzu Nağıyev söyləyib.

Politoloq bildirib ki, Səudiyyə Ərəbistan bu məqsədlə ABŞ prezidenti Barak Obamadan zəmanət almaq fikrindədir: "Məlumdur ki, Səudiyyə Ərəbistanda neft yataqları əsasən şiə yönümlülərin yaşadığı ərazidədir və burada İranın nüfuzu inkar edilmir. Hazırda Yaxın Şərqdə vəziyyət həddən artıq gərgindir və bir yandan İŞİD məsələsi, digər tərəfdən Yəməndə Husilərlə mübarizə birbaşa Səudiyyə Ərəbistanla bağlıdır. Sanksiyaların götürülməsi İrana təxminən 56 milyard qazanc gətirə bilər və bununla yanaşı İranın regionda nüfuzu artar. Bu, neftin qiymətinə də təsir edəcək. Səudiyyə Ərəbistan bundan çəkinir. Kral Salmanın ABŞ-a səfəri də məhz bununla bağlıdır. Kral Obama ilə görüşü zamanı ondan tam zəmanət almaq fikrindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə