Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri ölkənin Haqqari bölgəsində yerləşən Kürd Fəhlə Partiyasının (PKK) düşərgələrini bombalayıb. Anadolu Agentliyinin məlumatına görə, nəticədə 20 terrorçu məhv edilib. Bölgədə terrorçuların yerləşdiyi ehtimal olunan bəzi rayonlarda fövqəladə vəziyyət elan olunub. Terrorçuların daha çox hücum etdikləri Şemdinli-Tekeli yolunda təhlükəsizlik tədbirləri gücləndirilib.
Ən son məlumata görə, sentyabrın 2-də PKK terrorçularının Şemdinli-Tekeli yoluna hücumu nəticəsində bir əsgər şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB