Rusiya prezidenti Vladimir Putin II Dünya Müharibəsinin 70 illiyi münasibətilə Pekinə səfəri zamanı ilk olaraq Çinin Baş naziri Li Keqiang ilə görüşüb. Görüş zamanı o bildirib ki, bütün bu problemlərə baxmayaraq Rusiya Çin ilə əlaqələrini genişləndirməkdə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Putin Rusiya və Çin əlaqələrinin hər iki ölkənin vətəndaşlarına xeyir gətirəcəyini söyləyib. Çinin Baş naziri Li Keqiang Rusiyanı ölkəsinin strateji tərəfdaşı kimi qiymətləndirib.
Putin sonda qeyd edib ki, II Dünya Müharibəsinin nəticələrini biz də digər ölkələr kimi dəyərləndiririk və bu nəticələrin rədd edilməsi, tarixin təhrif olunmasına qarşıyıq.
Qeyd edək ki, II Dünya Müharibəsinin 70 illiyi münasibətilə çıxış edən Ukrayna Prezidenti Petro Poraşenko Rusiyanın işğalçılıq siyasətindən danışaraq 70 il öncə baş vermiş hadisələri bu gün Rusiyanın apardığı siyasətlə müqayisə etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB