Putin: "Sanksiyalar Rusiyanı Çinə daha yaxın edir"

Putin: "Sanksiyalar Rusiyanı Çinə daha yaxın edir"

Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların ölkəni Çinə daha da yaxınlaşdırdığını bildirib. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Putin Rusiya və Çini beynəlxalq məsələlərdə vacib rol oynayan iki dövlət kimi qiymətləndirib.

Putin Çinə səfər öncəsi "Xinhua" və "İTAR-TASS" xəbər agentliklərinə müsahibə verib.

O bildirib ki, bəzi qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin Çin ilə daha da yaxın olmasına kömək oldu. Putinin sözlərinə görə, Rusiya və Çin əlaqələri bu günə qədər heç vaxt qalxmadığı səviyyəyə yüksəlib. Və bu əlaqələrin daha yüksək səviyyəyə yüksəlməsi gözlənilir.

Putin qeyd edib ki, bu əlaqələr iki xalqın bir-birinə bəslədiyi hörmət və səmimi münasibət əsasında qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə