Rusiyanın millət vəkili Zotov ABŞ-ı BMT-nin fəaliyyətinə təsir etməkdə günahlandırıb. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İqor Zotov BMT-nin baş qərargahının İsveçrəyə köçürülməsini tələb edib.
Zotov İsveçrənin tərəfsiz bir dövlət olduğunu vurğulayıb. Buna görə də baş qərargahın İsveçrəyə köçürülməsinin daha məqsədyönlü bir addım olduğunu bildirib.
Onun sözlərinə görə BMT hazırda ABŞ-ın vasitəsinə çevrilib. O, BMT qərargahının Nyu-Yorkdan köçürülməsini problemin həlli kimi səciyyələndirib. Zatov qeyd edib ki, əgər bu məsələyə baxılsa, BMT dünya ölkələrin güvənə biləcəyi və başqa cür baxa biləcəyi bir təşkilata çevrilər. O, bunun üçün təşkilatın sadəcə köklü islahata ehtiyacı olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB