Parlamentində qarşıdurma 15 yaralı

Parlamentində qarşıdurma 15 yaralı

Ukraynanın paytaxtı Kiyevdə parlament binası qarşısında toplaşan yüzlərlə vətəndaşla polis arasında qarşıdurma yaranıb. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, qarşıdurma zaman 15 nəfər yaralanıb. Ukraynanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə 1 nəfər həbs olunub.

Dövlət başçısı Petro Poraşenkonun parlamentdə irəli sürdüyü qanunun konstitusiya üzrə tənzimlənməsi və təsdiq edilməsi ilə bağlı yüzlərlə insan parlament binası qarşısında mitinq edib. Parlament binasının içinə daxil olmaq istəyən etirazçılara polis tərəfindən bibər qazı ilə müdaxilə olunub.

Əldə olunan son məlumata görə Ukraynanın Mukaçevo şəhərində də polislə əhali arasında güclü qarşıdurma yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə