Pakistanın Baş naziri Ağ Evə dəvət alıb

Pakistanın Baş naziri Ağ Evə dəvət alıb

ABŞ Prezidenti Barak Obama Pakistanın Baş naziri Navaz Şərifi oktyabr ayında Ağ Evə dəvət edib. Rusiyanın Ria Novosti agentliyi xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syuzan Rays öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, dəvətin məqsədi regionda baş verən hadisələri müzakirə etməkdir.

Xatırladaq ki, tərəflər arasında birinci görüş 2013-cü ilin oktyabr ayında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə